Qış fasiləsinə daha erkən yollanan "Neftçi"nin bir neçə legionerlə yollarını ayıracağı xəbərləri gəzir.
Sportarena.az xəbər verir ki, onlardan biri də çilili hücumçu Nikolas Kanalesdi. Hətta futbolçunun qış fasiləsindən sonra Azərbaycana qayıtmayacağı da bildirilir. Bu xəbərlə bağlı Kanales açıqlama verib:
"Neftçi"dən ayrılmışam? Xeyr! Klubdan mənə belə bir xəbər deməyiblər. Mən hal-hazırda ölkəmdə istirahət edirəm. Yanvarın əvvəli qayıdıb "Neftçi"nin təlim-məşq toplanışında iştirak edəcəm". (goal.az)