"Xəzər Lənkəran"ın düşərgəsini icazəsiz tərk edərək vətəni Bolqarıstana qaçan Qalin İvanov karyerasını elə ölkəsində davam etdirəcək.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi hazırda Razqrad "Ludoqorets"i ilə danışıqlar aparır. Yaxın günlərdə bu transferin reallaşacağı gözlənilir.
"Xəzər Lənkəran" düşərgəni icazəsiz tərk etdiyi üçün futbolçudan FİFA-ya şikayət edib.