"Neftçi"nin hücumçusu Ruslan Qurbanov karyerasını ölkə xaricində davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, millimizin də şərəfini qoruyan futbolçuya təklif var. 23 yaşlı forvardın Türkiyə və Rusiyadan təkliflər aldığı bildirilir. Amma Qurbanovun "Neftçi" ilə müqaviləsi var və onun komandadan buraxılıb-buraxılmayacağı maraqla gözlənilir.
mənbə: azerisport.az