Kamran Ağayevin klubdan göndərilməsi ilə bağlı xəbərlər əsassızdır" - AÇIQLAMA

15:33 28 Dekabr 2014

"Qəbələ" klubu qış transfer pəncərəsində "Çernomorets"in qapıçısını transfer etməyəcək.

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlı deyib. Menecer həmçinin Kamran Ağayevin klubdan göndərilməsi ilə bağlı xəbərlərə də öz münasibətin bildirib:

"Biz baş məşqçinin istəyinə uyğun hərəkət edəcəyik. Hal-hazırda onu deyə bilərəm ki, "Çernomorets"in qapıçısı maraq dairəmizdə deyil. Baş məşqçi tərəfindən belə bir təklif hələki irəli sürülməyib. Kamran Ağayevə gəldikdə isə onun klubla müqaviləsi var. Klubdan göndərilməsi ilə bağlı xəbərlər əsassızdır".


Digər xəbərlər

Xəbər xətti