“Xəzər-Lənkəran”ın ardınca AZAL klubunda da kütləvi dəyişikliklər başlanıb.
Sportarena.az xəbər verir ki, təyyarəçilər nə az, nə çox, düz 8 futbolçu ilə yollarını ayırıb. Bu futbolçular arasında legionerlər də var.
Siyahıda müdafiəçiər - Asif Mirili, Tural Nərimanov, Təmkin Xəlilzadə, Adil Nağıyev, yarımmüdafiəçilər - Luis Ramos, Tomi Kostadinov, Orxan Səfiyarlı və hücumçu Con Kordoba yer alıb. Artıq adıçəkilən futbolçuların müqaviləsinə xitam verilib. Yaxın günlərdə komandanı daha bir neçə futbolçunun tərk edəcəyi gözlənilir.
Premyer Liqasının 2014/15 mövsümünün ilk yarısını 17 xalla 7-ci yerdə tamamlayan AZAL-da islahatlar davam edəcək. Bu kluba AZAL konsernin prezidenti Cahangir Əsgərov rəhbərlik edir. Komandanın rəsmi prezidenti isə Zaur Axundovdur.