Hollandiyanın "Tubantia" nəşri 2014-cü ilin ən yaxşı idman materialı kimi "Qarabağ" - "Tvente" oyununu açıqlayıb.
Sportarena.az xəbər verir ki, buna səbəb həmin oyuna qədər Azərbaycan haqqında kifayət qədər materialların olmaması göstərilib. Bundan sonra isə həm oxuyucularda, həm də redakiyada Azərbaycan və Bakı haqqında məlumat bolluğu yaranıb. Eyni zamanda xəbərdə Con van Leounun Qarabağda aşağı yaş qrupları üzrə texniki koordinator çalışması da vurğulanıb.