İtaliya mətbuatı maraqlı informasiya yayıb. Belə ki, yayılan xəbərlərə görə, Oğuz Çətinin gedişindən sonra komandaya Jennaro Qattuzonun baş məşqçi postuna gətiriləcəyini iddia edir.
Onların fikrincə, klubun fəxri prezidenti Mübariz Mənsimovla Qattuzonun yaxın əlaqələri var və bu keçid reallaşa bilər. Lakin Lənkəran klubundan verilən açıqlamada bu xəbərin boş bir xülya olduğu bildirilib.