Qış fasiləsi öncəsi gəncləşdirmə siyasəti adı altında yenilənməyə başlayan “Xəzər Lənkəran” yeni ilin əvvəlində ölkəni tərk edəcək.
Hazırda yeni il tətilinə buraxılan komanda yanvar ayının 5-də Bakının “Emerald” otelində toplanacaq. Həmin gün axşam saatlarında Binə hava limanına yollanacaq komanda yanvarın 6-na keçən gecə Türkiyəyə uçacaq. 20-gün ərzində Antalyanın Belek bölgəsində yerləşən 5-ulduzlu “Crystal Tat Beach“ otelində məskunlaşacaq “Xəzər Lənkəran” əsasən əvəzedicilərdən gətiriləcək gənc futbolçuların üstünlük təşkil edəcəyi heyətlə qeyd edilən məkanda təlim- məşq toplantısı keçəcək.
12cioyuncu.info