Rumıniya millisinin sabiq üzvü İonut Rada karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu haqda Rumıniya mətbuatı məlumat yayıb. İddiaya görə, 32 yaşlı futbolçu Çin və Azərbaycandan təklif alıb. Ancaq klubların adları açıqlanmayıb.
Qeyd edək ki, Rada müqavilə ilə ÇFR-ə aiddi. İcarə əsasında "Karlsrue"də çıxış edib. Hazırda isə maliyyə problemlərinə görə Kluj təmsilçisindən ayrılmaq istəyir. O, müxtəlif vaxtlarda Rumıniyanın gənclər və əsas yığmasında oynayıb.