"Neftçi" İspaniya "Qranada"sından olan futbolçuya "göz dikib"

12:52 29 Dekabr 2014

"Neftçi" klubu müqavilə ilə İspaniya "Qranada"sına məxsus olan Çilinin "Union Espanyol" klubunun yarımmüdafiəçisi Matias Kamposla maraqlanır. 

Sportarena.az xəbər verir ki, futbolçunu həmçinin Çilinin "Palestino" komandası da transfer etmək niyyətindədir.

Kampos karyerası ərzində Çilinin "Audax İtaliano", "Universidad Katolika", "Udineze", "Siena", İspaniyanın "Herkules", "Qranada" və "Union Espanyol" klublarında çıxış edib, Çili millisində 6 oyun keçirib və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti