Bu yaxınlarda Rəşad Sadiqovu heyətinə qatan "Qəbələ" onunla cəmi 6 aylıq müqavilə bağlayıb ki, bu da birmənalıq arşılanmayıb. Bəlkə Qəbələ klubu Rəşada inanmır?
Sportarena.az record.az –a istinadən xəbər verir ki, bunun səbəbi rəhbərliyin riskə getmək istəməməsidir.
Çünki bu yay edilən transferlərin özünü doğrultmaması rəhbərliyi də qorxuya salıb. Odur ki, hansısa futbolçu ilə uzun müddətə müqavilə bağlayıb özünü doğrultmadıqda ona təzminat verməmək üçün ilkin olaraq müqavilələr qısa müddətli olacaq. Bir növü "Qarabağ"In Emeqara ilə bağladığı müqavilə kimi. Əgər Rəşad yaya kimi özünü doğrulda bilsə, onunla daha 2 illik müqavilə imzalanacaq.