"Sumqayıt" Futbol Klubunun və 21 yaşadək Azərbaycan millisinin qapıçısı Tərlan Əhmədli "Zirə"də çıxış edəcək.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü qolkiper mövsümün sonuna qədər "Zirə"yə icarəyə verilib.
Qeyd edək ki, Tərlan cari mövsümdə "Sumqayıt" FK-nun əvəzedici komandasında 13 oyunda meydana çıxıb.