"Qəbələ"nin keçmiş baş məşqçisi Yuri Syomin Marat İzmaylovun "Krasnodar"dakı oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Mən "Krasnodar" rəhbərliyinə təşəkkür edirəm ki, onlar Marat İzmaylovu "Qəbələ"də izləyib və onu komandaya cəlb ediblər. Maratı hamıdan yaxşı tanıyıram. O əsl idmançıdır. Zədəsi olduğu üçün meydanda özünü tam göstərə bilməmişdi. Bütün çempionatlarda futbolçular 70% oyunlarda meydanda olursa, bu yaxşı göstəricidir. Marat da bunun öhdəsindən gəlib. Məncə o milli komandaya cəlb olunmalıdır".