Ermənistan I Avropa oyunlarda iştirak etməyə razıdırsa, Azərbaycan onları dəvət etməyə hazırdır.
Sportarena.az xəbər verir ki,bunu gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərlə keçirilən qeyri-formal görüşdə bu haqda məlumat verib. Nazir bildirib ki, Erməni tərəfi Azərbaycanda olan təhlükəsizlikdən xəbərdar olsa da, bu məsələləri şişirdir :"Heç vaxt ermənilən iştirakına məhdudiyyət qoymamışıq. Açığı, ermənilər burada təhlükəsizlik probleminin olmadığını bilə-bilə bunu şişirdirlər. Amma özləri gəlib-gördülər".
Ermənilər olimpiya oyunlarında iştirak edərsə və qalib gələcəyi təqdirdə dövlət himninin səsləndirilməsi və dövlət bayrağının qaldırılmasına gəldikdə isə nazir qeyd edib ki, bunlar idmanın qaydalarıdır və bu halda Ermənistanın himnini səsləndirməli olacağıq.
Qeyd edək ki, Azad Rəhimov tədbirdə Azərbaycanın 2014-cü ildə idman sahəsində qazandığı nailiyyətlərin hesabatını verdi.