Azərbaycanın I Divizion təmsilçisi "Qaradağ-Lökbatan"ın baş məşqçisi Adil Mahmudov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Sportarena.az xəbər verir ki, onun yerinə uzun müddətdir işsiz qalan Əfqan Talıbov təyin olunub. Adil Mahmudov saytımıza açıqlamasında komandadan uzaqlaşdırıldığını təsdiq edib.