Adı "Qəbələ" ilə hallanan futbolçu: "... "Çernomorets"də qalacam"

22:07 29 Dekabr 2014

"Digər klubların mənə olan marağından xəbərim yoxdu. Bütün işlərlə agentim məşğul olur. Mən hələ də "Çernomorets"in futbolçusuyam".

Sportarena.az xəbər verir ki, bu sözləri Ukraynanın "Çernomorets" klubunun futbolçusu Yevgeni Opanasenko deyib. Adı "Qəbələ"yə keçməyə namizədlər sırasında hallanan ukraynalı vətənində verdiyi müsahibədə bundan xəbərsiz olduğunu bildirib. Yevgeni komandasının sabiq, "qırmızı-qaralar"ın yeni baş məşqçisi ilə danışmadığını da qeyd edib:

"Məzuniyyətim bitən kimi komandanın düşərgəsinə qayıdacam. Alacağım təklifə necə cavab verəcəyim isə "Çernomoerts"dəki vəziyyətdən asılıdı. Durum düzəlsə, böyük ehtimalla qalacam. Əks halda isə... Təklifləri götür-qoy edəcəm. Roman Qriqorçuk komandadan ayrılanda bizə heç nə deməyib. Çünki onun gedəcəyi biz məzuniyyətdə olanda dəqiqləşib".

 

Qeyd edək ki, bu ilin yayından Odessa klubunda çıxış edən 24 yaşlı müdafiəçi vaxtilə Ukraynanın U-21 yığmasının şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti