Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev dünən "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində Anar Salmanovun FİFA-dan geri çağrılmasına münasibət bildirib.
Sportarena.az xəbər verir ki, Musayev Anarın geri çağrılmasının əlehinə olduğunu açıqlayıb: "Açığı Anarın FİFA-dan geri çağrılacağını gözləmirdim. 4 hakimin adının UEFA-ya göndərilməsini gözləyirdim. Düşünürdüm ki, siyahıda kimin birinci, kimin dördüncü sırada yer almasının elə də fərqi yoxdur. Amma sonradan gördüm ki, fərqi var. Şəxsən mən Anarın UEFA-dan geri çağrılmasının əlehinəyəm. Amma gəlin görək, günah kimdə oldu? Əlbəttə ki, Anarın özündə. 5-6 ildir ki, Avropada hakimlik edir. Bu sözü bir dəfə hakimlərin toplantısında da demişdim ki, bir hakim ki, yerində sayır, bu nə deməkdir? Deməli, həmin hakim öz üzərində işləmir, qabağa getmir".