"Beşiktaş"ın forvardı Demba Ba yanvarın 17-i Ekvatorial Qvineydada baş tutacaq Afrika Millətlər Kubokunda iştirak etməyəcək.
xəbər verir ki, buna səbəb futbolçunun Seneqal milli komandasına çağrılmaması olub. Ba bu məsələyə münasibət bildirib. Hücumçu milli komandaya rəhbərlik edən Alen Jiresi ciddi tənqid edib.
"Baş məşqçi ilə deyil, bir kukla ilə çalışırıq. Çünki bəzi qərarları onun vermədiyi açıq-aşkar görünür. Tunisdə uduzduğumuz oyundan sonra çaşqın halda soyunub-geyinmə otağına gəldi. Hardan başlayacağını özü də bilmirdi. İllər öncə ayağım qırılmışdı. Daha sonra 3-4 il İngiltərədə futbol oynadım. Zədə səbəbindən ən çox 2 oyunda çıxış etməmişəm. Nə "Nyukasl", nə də "Çelsi"də zədəyə görə oynamadığımı xatırlamıram. "Beşiktaş"da isə 2 yüngül zədəm oldu. Jires məsuliyyəti zədənin üzərinə atmamalıdır. Bu mövsüm avrokuboklarda 8 qol vurmuşam. Superliqada da fəqlənməyi bacarıram. 3 gündən bir oynaya bilməyəcəyimi deyir. Bəhanə gətirməkdənsə, əsaslı səbəblər tapmalıdır".
Qeyd edək ki, Seneqal qitə kubokunun C qrupunda Qana, Əlcəzair və CAR milli komandaları ilə mübarizə aparacaq.