"Rəvan" futbolçularının 2 aylıq borcunu nə vaxt ödəyəcək ? - RƏSMİ AÇIQLAMA

14:19 30 Dekabr 2014

Xəbər verdiyimiz kimi, Azərbaycanın I Divizion təmsilçisi "Rəvan" klubu futbolçularının 2 aydır ki, maaşlarını vermir və futbolçular Yeni İli pulsuz başa vura bilərlər.

Məsələ ilə bağlı klubun vitse-prezidenti İlqar Axundovla əlaqə saxladıq. O Sportarena.az saytına açıqlamasında bunları bildirdi :

"Biz istəyirik ki, bu pulları futbolçulara tez bir zamanda verək, hələ ki, bu gün və sabah da iş var. Ona görə də, çalışırıq futbolçulara verilməli olan pul məsələsini həll edək. Əgər alınmasa, yeni ilin ilk həftəsinə bütün pullar veriləcək.


Digər xəbərlər

Xəbər xətti