"Real
Sportarena.az-ın "Globe Soccer"ə istinadən verdiyi məlumata görə, Portuqaliya milli komandasının kapitanı "qızıl top"a namizəd 3 iddiaçıdan biridir.
İlin ən yaxşı məşqçisinə gəlincə, hal-hazırda "Real" klubunun baş məşqçisi olan Karlo Ançelotti bu titulun daşıyıcısıdır. İtaliyalı mütəxəssis bu titula Qvardiolanı, Yoahim Lövi və Antonio Kontini qabaqlayaraq sahib olub.
Qeyd edək ki, 2014-cü ildə Ançelottinin rəhbərliyi ilə "Real" İspaniya kubokunu, Çempionlar Liqasının kubokunu, Avropa superkubokunu və klublar arası dünya çempionu kubokunu başı üzərinə qaldırıb.