"Xəzər Lənkəran"la yollarını ayıran Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev "Neftçi"yə transfer olunacağı barədə xəbərlərə münasibət bildirib.
25 yaşlı hücumçu report.az-a açıqlamasında bu keçidin hələ həllini tapmadığını söyləyib.
"Düzdü, belə bir söhbət olub, amma ortada yüz faizlik bir şey yoxdu" deyən Əliyev başqa təkliflər də aldığını diqqətə çatdırıb: "Mənimlə həm yerli, həm də Türkiyənin I Liqa klubları maraqlanır. Amma hələ heç nə dəqiqləşməyib".
Qeyd edək ki, Rauf Əliyev "Xəzər Lənkəran"ın strategiyasının dəyişməsi səbəbindən azad agent statusu alıb.