Ulduz futbolçu "Qalatasaray"ı tərk edir ?

16:00 30 Dekabr 2014

"Qalatasaray" yarımmüdafiəçisi Uesli Sneyder qış "transfer pəncərəsi"ndə komandadan ayrılacaq. 

Sportarena.az xəbər verir ki, hollandiyalı futbolçunun İstanbul təmsilçisindən ayrılmaq istədiyi bildirilir.

29 yaşlı havbek ilə "Mançester Yunayted", "Mançester Siti" və "İnter" klubları yaxından maraqlanır. Sneyderin yanvar ayından hansı komandada oynayacağı maraqla gözlənilir. Təcrübəli futbolçunun "Qalatasaray"da qalacağı da istisna olunmur.
 
Qeyd edək ki, "Qalatasaray"da ilinə 3,2 milyon avro qazanan Sneyderin komandasıyla 2016-cı ilə qədər müqaviləsi var. 


Xəbər xətti