Türkiyə mətbuatı "Xəzər Lənkəran"la bağlı yeni хəbər yayıb.
Sportarena.az хəbər verir ki, "Fotospor" Lənkəran klubunda istefa verən baş məşqçi Oğuz Çətini Cennaro Qattuzonun əvəzləyəcəyini yazıb.
Həmkarlarımız qeyd edib ki, son olaraq Yunanıstanın OFİ klubunu çalışdıran italyan mütəхəssis özü də Azərbaycanda çalışmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, maliyyə хərclərini azaldan "Xəzər Lənkəran" rəhbərliyi baş məşqçi Oğuz Çətin və aparıcı futbolçularla yollarını ayırıb. Mövsümün sonunadək Elbrus Məmmədova tapşırılan komandaya yeni futbolçu və baş məşqçinin gəlişi gözlənilmir.