Futbolçu Rasim Ramaldanov “Xəzər-Lənkəran”da qalmağa razılıq verib.
Sportarena.az xəbər verir ki, millinin üzvü klubda əmək haqqının müəyyən hissəsinin azaldılmasına da razı olub. Bildirək ki, bundan əvvəl Rahid Əmirquliyev, Tural Cəlilov, Ağabala Ramazanov, Alfred Sanko, Vyekoslav Tomiç və Sadio Tounkara komandada qalmağı üstün tutublar. Amma klub əksər futbolçularla vidalaşıb.