Söz verib aldatdı məni...

22:00 30 Dekabr 2014

Birinci divizionda mübarizə aparan "Qaradağ Lökbatan"ın baş məşqçi postunda dəyişiklik olub.

 

Lökbatan klubunu bundan sonra Əfqan Talıbov çalışdıracaq. Talıbov artıq "Qaradağ Lökbatan"la müqavilə imzalayıb. O, yeni iş yerində Adil Mahmudovu əvəzləyib.

 

Bir müddətdi ki, işsiz olan Talıbov son olaraq "Turan"ı çalışdırıb və bir neçə gün əvvəl onun yenidən sabiq klubuyla razılaşdığı deyilirdi.

 

Mütəxəssisin "Turan Tovuz"la danışıqlar aparıb, daha sonra "Qaradağ Lökbatan"la müqavilə imzalaması birmənalı qarşılanmayıb.

 

Mütəxəssisin qərarını nəyə görə dəyişdiyinə belə izah verib:

 

"Turan Tovuz"la müqavilə imzalamamışdım. Sadəcə, danışıqlar aparmışdıq. Müqavilə imzalamadığımdan, digər təkliflərə baxa bilərdim. Daha sonra "Qaradağ Lökbatan"dan təklif gəldi. Mən də iki təklif arasında müqayisə aparıb, şərtləri dəyərləndirdim. Sonda mənə uyğun olanı seçdim.

 

Təklifi dəyərləndirərkən "Qaradağ Lökbatan"nın potensialına da diqqət yetirdim. Bu komanda birinci pillə uğrunda mübarizə aparır. Bu, seçimimə təsir göstərdi. Başqa hansısa amil olmadı".

 

"Qaradağ Lökbatan" geridə qalan 15 turdan sonra 32 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. (publika)


Digər xəbərlər

Xəbər xətti