AAAF Park Yaşayış Kompleksindən BAYRAM TƏBRİKİ

13:15 31 Dekabr 2014

AAAF Park Yaşayış Kompleksi bütün azərbaycanlıları “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə təbrik edir.

31 Dekabr – “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”dür!

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bayramın qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurət və mənəvi ehtiyaca çevrilib.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər edir. Bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Bayramınız mübarək olsun!


Digər xəbərlər

Xəbər xətti