"Xəzər Lənkəran"dan ayrılan milli komandamızın hücumçusu Rauf Əliyev karyerasını "Neftçi"də davam etdirməyə yaxındır.
Sportarena.az xəbər verir ki, azad agent statusu daşıyan oyunçu "Neftçi" ilə danışıqlar aparır. Ancaq "Qəbələ" klubunun da oyunçunun xidmətində maraqlı olduğu bildirilir. Hücumçunun hansı kluba keçəcəyi 2015-ci ilin ilk günlərində bilinəcək.