"Rəvan" klubunda futbolçuların maaşlarının gecikməsi ilə bağlı xəbər vermişdik. Hətta Sportarena.az saytı klubun vitse-prezidenti İlqar Axundovla əlaqə saxlayaraq mövcud vəziyyəti öyrənmişdi. Klub rəsmisi də futbolçuların 2 aydır maaş ala bilməməsini təsdiq etmişdi və bildirmişdi ki, yaxın günlərdə bu məsələ öz həllini tapacaq. Artıq "Rəvan" klubu futbolçuların 1 ayın noyabr ayının maaşını ödəyib, dekabrın maaşı isə yeni ilin ilk günlərində veriləcək.