Milli komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovun yeni klubu məlum olub.
Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra adı bir çox klublarla hallanan İsmayılov "İnter"də çıxış edəcək.
XezerXeber.com-a açıqlama verən yarımmüdafiəçi paytaxt klubu ilə 6 aylıq müqavilə imzaladığını bildirib. Əfran yeni klubuna yanvarın 3-də qoşulacaq.