Məlum olduğu kimi, "İnter" qış fasiləsində hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün qardaş ölkəyə yollanacaq. Yanvarın 3-dən etibarən məşqlər start götürəcək. Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. Rəqiblərdən 5-i artıq məlumdur.
"İnter" yanvarın 8-də "İnegölspor" (Türkiyə), yanvarın 13-də "Energi Kotbus" (Almaniya), yanvarın 14-də "Kayrat" (Qazaxıstan), yanvarın 17-də "Kasımpaşa" (Türkiyə), yanvarın 20-də isə "Metallist"(Ukrayna) komandasıyla qarşılaşacaq. Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik bilinmir.
Xatırladaq ki, "İnter" yanvarın 24-də vətənə qayıdacaq.