“Qarabağ”ın məşqçisi “Xəzər Lənkəran”a getməkdən imtina etdi

14:38 2 Yanvar 2015

“Xəzər Lənkəran”a yeni baş məşqçi təyin olunan Elbrus Məmmədov öz məşqçilər korpusunu formalaşdırarkən bura “Qarabağ”ın U-19 komandasında çalışan Zaur Həşimovu da daxil etmək istəyib.

 

Sportarena.az xəbər verir ki, Məmmədov Həşimova təklif də göndərib.

 

Lakin Zaur bir qədər düşündükdən sonra həmşəhərlisinin (həm Məmmədov, həm də Həşimov sumqayıtlıdır) təklifini geri çevirib. Əslində Zaur ilk baxışdan Lənkərana getməyin əlehinə olmayıb. Çünki Məmmədov Həşimovu birbaşa özünə köməkçi götürmək istəyib. Hər halda “Qarabağ”da U-19-da çalışmaqdansa “Xəzər Lənkəran”da ikinci məşqçi olmaq daha üstün olardı. Lakin son anda Zaur Bakıda, ailəsinin yanlnda qalmağı üstün tutduğu üçün “Xəzər Lənkəran”a getməkdən imtina edib.


Digər xəbərlər

Xəbər xətti