"Xəzər Lənkəran"ın vitse-kapitanı "Simurq"la anlaşdı

15:45 2 Yanvar 2015

"Simurq" əsas heyətə daha bir futbolçu cəlb edib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi Zaqatala təmsilçisinin heyətində "7" nömrəli forma ilə çıxış edəcək. 

 

Qeyd edək ki, Elnurun son klubu "Xəzər Lənkəran" olub. 2010-cu ildən Lənkəran təmsilçisinin heyətində forma geyinən təcrübəli yarımmüdafiəçi Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub. "Xəzər Lənkəran"dan qabaq isə yeni futbolçu "Muğan"da çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti