"Neftçi" daha bir legioneri ilə yollarını ayıra bilər.
Sportarena.az xəbər verir ki, söhbət braziliyalı Kaoedən gedir.
Lakin Kanalesdən fərqli olaraq, Kaoeni klub göndərmir, o, özü "Neftçi"dən ayrılmaq istəyir. Səbəb isə vətəni Braziliyadan daha sərfəli təklif almasıdır. Futbolçu özü də vətəninə getmək istəyir. Lakin hər şeyə "Neftçi" rəhbərliyi ilə danışıqlardan sonra aydınlıq gələcək.