"Xəzər Lənkəran"dan göndərilən futbolçulardan biri də braziliyalı Vanderson Skarduellidir.
Sportarena.az xəbər verir ki, oyunçu ölkəsində özünə klub axtarır. Qış transfer pəncərəsində azad agent kimi müqavilə imzalamaq istəyən Skarduelli, hələki Braziliyada fərdi məşq etməklə kifayətlənir. O yeni il bayramı ilə əlaqadar bütün dostlarını bir araya toplayaraq, futbol matçı da keçirib. Təqdim etdiyimiz foto da həmin matçdan əvvəl çəkilib. (futbol11)