Xəbər verdiyimiz kimi,"Xəzər-Lənkəran" klubu yanvarım 5-də ölkəni tərk edərək Antalyaya yollanacaq.
Sportarena.az xəbər verir ki, komanda Antalyada təlim-məşq toplanışı keçirəcək, həmçinin bir neçə yoxlama matçları da reallaşdıracaq. Artıq əksər Türkiyə klubları yoxlama oyunları keçirmək üçün "Xəzər-Lənkəran"a müraciət edib, amma cənub təmsilçisi hələ ki, klubların müraciətini müsbət cavablandırmayıb. Çünki komanda digər ölkələrdən olan klublarla yoxlama görüşləri keçirmək istəyir.