Milli komandanın keçmiş baş məşqçisi, tanınmış mütəxəssis, Məşqçilər komitəsinin üzvü Şahin Diniyev U-21-in məşqçi təyinatının nə yerdə qalması ilə bağlı danışdı.
Diniyev 4 namizəddən birinin seçilə biləcəyini bildirdi:
“Məşqçilər Komitəsi olaraq AFFA-ya öz fikrimizi bildirmişik ki, istəyirik 15, 16, 17, 19, 21 yaşlılarda yerli məşqçilər olsun. Bu qədər A kateqoriyalı, "Pro" kateqoriyalı məşqçilər var. Bunlar da özünü göstərməlidilər. Dörd namizəd vermişik, dördü də yerlidir. Adlarını demək istəmirik. Çünki MK-də qərara gəldik ki, təklif etdiyimiz namizədlərin adını açıqlamayaq. Çünki bu dörd məşqçidən biri seçiləcəksə, digər üçünə pis təsir edəcək. Hər halda, biz təklifimizi AFFA-ya vermişik. Qərarı onlar verəcək”. (publika)