"Xəzər Lənkəran" 13 futbolçu ilə yollarını ayırdı - TAM SİYAHI

14:45 3 Yanvar 2015

"Xəzər Lənkəran" heyətində saxladığı futbolçuların adlarını açıqlayıb.

Sportarena.az report.az-a istinadən xəbər verir ki, mövsümün əvvəllərində Peşəkar Futbol Liqasına təqdim edilmiş sifariş ərizəsindəki oyunçulardan cəmi 14-ü komandada qalıb.

 

Bunlar qapıçılar Orxan Sadıqlı, Vyekoslav Tomiç və Tərlan Qasımzadə, müdafiəçilər Rasim Ramaldanov, Tural Cəlilov və Elvin Mirzəyev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, Kazım Kazımlı, Kamran Abdullazadə və Bəhruz Teymurov, eləcə də hücumçular Ağabala Ramazanov və Elnur Cəfərovdu. Eyni zamanda "Sumqayıt"a icarəyə verilmiş daha bir hücumçu Orxan Əliyev geri qaytarılıb.

 

Əvəzində 13 futbolçu ilə yolların ayrılmasına qərar verilib. Bunlar qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Tyeqo de Xesus, Manuel Skarlatake, Aleksandr Şemonayev, Vanderson Skarduelli, yarımmüdafiəçilər Fernando Qabriel, Deyan Blajevski, Qalin İvanov, Uğur Pamuk, Rəşad Sadiqov, Əfran İsmayılov və Elnur Abdullayev, eləcə də hücumçu Rauf Əliyevdi.

 

Qeyd edək ki, Oğuz Çətinin istefasından sonra "Xəzər Lənkəran"a Elbrus Məmmədov baş məşqçi təyin olunub. Covanni Melkiorre fiziki hazırlıq, Vidadi Hüseynov qapıçılar üzrə məşqçi kimi yardımçı olacaqlar. Yunis Hüseynov idman direktoru, Gennadi Kişlari həkim qismində fəaliyyətini davam etdirəcək.  


Digər xəbərlər

Xəbər xətti