Əfran İsmayılovun Türkiyə klublarına gedəcəyi ilə bağlı xəbərlər yayılsa da, millimizin üzvü paytaxt klubu ilə anlaşdı. “Xəzər Lənkəran”dan ayrılan futbolçu “İnter”lə 6 aylıq müqavilə imzaladı.
Futbolçu bu addımını Kaxaber Sxadadze kimi məşqçinin rəhbrəliyi altında oynamaq istəyi ilə əlaqələndirib.
Bu arada isə onun “İnter”də nə qədər qazanacağına dair məlumat əldə olunub. Belə ki, onun “İnter”də 6 aylıq qazancı 120 min dollar olacaq. (sportal)