Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir çərçivəsində keçirilən Yaponiya və Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları arasındakı oyunun ən yaxşıları müəyyənləşib.
Sportarena.az xəbər verir ki, təşkilatçılar 1:0 hesablı qələbə qazanan yığmamızın heyətində Mahir Mədətovu fərqləndirib. Yaponiya yığmasında isə Takumi Sasaki ən yaxşı seçilib.