"Real"ın futbolçusuna İngiltərə klubları "elçi düşüb"

23:20 3 Yanvar 2015

"Real"ın oyunçusu Pepe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Bu barədə "Marca" məlumat yayıb.

 

Məlumata görə,  "Maçester Yunayted" və "Mançester Siti" klubları portuqaliyalı oyunçunu transfer edə bilmək uğrunda mübarizədədir.

 

Xəbərdə bildirilir ki, klubun prezidenti Florentino Peres və komandanın baş məşqçisi Karlo Ancelotti futbolçunun transferinə müsbət yanaşmırlar. Belə ki, onlar təcrübəli oyunçunun qalmasının tərəfdarıdılar.

 

Qeyd edək ki, Pepenin "Real"la müqaviləsinin müddəti 2016-cı il iyunun sonuna kimidir.


Digər xəbərlər

Xəbər xətti