Böyük Britaniya futbolu tarixində bütün dövrlərin ən zəif baş məşqçilərinin müəyyənləşdirilməsi məqsədilə sorğu keçirilib.
"Sportskeeda" nəşrinin sorğusunda uğursuzlar sırasına Azərbaycanın "Qəbələ" futbol komandasının sabiq baş məşqçisi Toni Adams da düşüb.
48 yaşlı mütəxəssis ən az səs toplayan 5 nəfərdən biri olub. Ondan əlavə, Pol Cyuell, Maykl Nayton, Louri Sançes və Terri Konnor da uğursuzlar siyahısında yer alıb.
Qeyd edək ki, Toni Adams 2003-cü ildə futbolçu karyerasını başa vurduqdan sonra İngiltərənin "Uikomb Uonderers" və "Portsmut" komandalarının baş məşqçisi olub. O, "Qəbələ"nin sükanı arxasına isə 2010-cu ildə keçib. Adams 2011-ci ilin noyabrında istefa verdikdən sonra baş məşqçi kimi çalışmayıb.