Dağıstanın "Anji-2" komandasında çıxış edən futbolçu Həsən Məhəmmədov qətlə yetirilib.
Sportarena.az xəbər verir ki, hadisə yanvarın 3-nə keçən gecə Qumtorqala rayonunda baş verib.
20 yaşlı sol cinah müdafiəçisinə gecəyarısı Novokuli qəsəbəsində odlu silahla atəş açılıb və o, xəstəxanada keçinib. Faktı "Anji"nin mətbuat xidmətindən də təsdiqləyiblər: "Məhəmmədov əsas oyunçularımızdan idi. O, mövsüm ərzində 16 oyun keçirmişdi".
Qeyd edək ki, "Anji-2" Rusiya çempionatının cənub zonasının ikinci divizionunda çıxış edir.