Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində növbəti oyunlar keçiriləcək.
Sportarena.az xəbər verir ki, 1997-1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz ikinci görüşünə çıxacaq.
Nikolay Adamın yetirmələri bu dəfə Rusiya-2 komandası ilə qarşılaşacaq. İlk görüşdə Yaponiyanı 1:0 hesabı ilə məğlub edən futbolçularımız növbəti xalını qazanıb, mərhələ adlamaq niyyətindədi.
F qrupu
II tur
04 yanvar
16:30 AZƏRBAYCAN - Rusiya-2 4-2