“Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik. Buna görə də qarşılaşmadan əvvəl bir qədər narahat idik”.
Sportarena.az xəbər verir ki, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Rusiya-2 komandası ilə oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.
Alman məşqçi millimizin 4:2 hesabı ilə qalib gəldiyi oyundan sonra keçirilən mətbuat konfranslnda rəqib haqda da müsbət fikirlər səsləndirib: “Yaponiya ilə dünənki matçdan sonrakı yorğunluğa baxmayaraq, komandam bu gün yaxşı oyun sərgilədi. Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidir. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdu. Hər dəfə növbəti oyun haqda düşünürük”. (futbolxeber.az)