“Neftçi”nin Türkiyə toplanışındakı son rəqibi bilinib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 11-dən Antalyada hazırlıq keçəcək paytaxt təmsilçisinin 6 yoxlama oyunundan sonuncusunda Rumıniya “Petrolul”u ilə qarşılaşacaq. Ötən mövsüm öz ölkəsində 3-cü olan komanda ilə matç yanvarın 23-də keçiriləcək. Bu görüş də digər 5 yoxlama oyunu kimi Mardan İdman Kompleksinin stadionunda təşkil olunacaq.
"Neftçi" yanvarın 14-də "Hajer" (Səudiyyə Ərəbistanı), 17-də "Fulad" (İran), 20-də "Quijou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-dəki ilk oyunda isə "Dinamo"nun (Moskva, Rusiya) U-23 komandası ilə görüşəcək.