Pakistanda futbol matçı zamanı partlayış baş verib.
Sportarena.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. Onların arasında futbolçular da var. Eyni zamanda 11 nəfər yaralanıb. Partlayıcı qurğunun Orakzay şəhərindəki idman yarışları zamanı işə düşdüyü bildirilir.