"Sumqayıt" 2014/15 mövsümünün 3-cü dövrəsi üçün hazırlığa start verib.
Sportarena.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni ildə ilk məşqinə çıxıb.
"Sumqayıt"ın heyətində zədəli futbolçu yer almır. Komanda yanvarın 11-dən etibarən Sumqayıtda təlim-məşq toplanışına yığışacaq.
"Gənclik şəhəri" təmsilçisi bu proses çərçivəsində 4 yoxlama görüşü keçirəcək. "Sumqayıt" yanvarın 17-də AZAL-la üz-üzə gələcək.