Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Ərtuğrul Sağlam istefa verib.
46 yaşlı mütəxəssis Superliqanın 16-cı turunda doğma arenada "Qaziantepspor"a 1:3 hesablı məğlubiyyətdən sonra bu addımı atıb.
Hələlik yeni baş məşqçinin adı açıqlanmayıb. Hazırda 16 xalla 13-cü pillədə olan "Eskişehirspor" yanvarın 14-də Azərbaycanın "Qəbələ" klubu ilə Türkiyənin Antalya bölgəsində yoxlama görüşü keçirməlidir.
Qeyd edək ki, Ərtuğrul Sağlam 26 iyun 2013-cü ildən bu vəzifədə idi.