SON XƏBƏR - Ukraynalı yarımmüdafiəçi "Qəbələ"də

01:50 6 Yanvar 2015

Transfer bazarında öz aktivliyi ilə seçilən "Qəbələ" futbol klubu növbəti transferi həyata keçirtməyi bacarıb.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki,"Qəbələ" klubu ukraynalı yarımmüdafiəçi Aleksey Qayı heyətinə cəlb edib. Antalya toplanışı zamanı komandaya qoşulan yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri “Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi “Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl medal qazanan Qay 7 dəfə  ölkə kubokunun qalibi, 3 dəfə  finalçısı olub. 2008/2009 mövsümündə isə “Şaxtyor”un heyətində UEFA kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-2006-cı illərdə “İliçevets”in çıxış edən Qay 2013-cü ilin yayından “Qəbələ”yə keçənədək “Çernomorets”də çıxış edib.

Qeyd edək ki, 2003-2011-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti