"Elazığspor"dan ayrıldığı deylən Cavid İmamverdiyevin "Neftçi"yə keçəcəyinə dair məlumatlar dolaşır.
Sportarena.az Rekord.az saytına istinadən xəbər verir ki, bu heç də asan başa gələnə oxşamır.
İş ondadır ki, Cavidin Türkiyə klubu ilə mövsümün sonuna kimi müqaviləsi var. Odur ki, İmamverdiyevi heyətinə qatmaq istəyən klub elazığlılara pul ödəməlidir. Cavidlə "Neftçi"nin maraqlandığını eşidən "Elazığspor"un prezidenti də göstəriş verib ki, pulsuz futbolçunu heç hara buraxmasınlar. "Neftçi" isə futbolçunun transferində maraqlıdırsa kisəsinin ağzını açmalıdır. Bakılılar isə Cavidi pulsuz əldə etmək istədiklərindən keçid baş tutmur.